Modern.az

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət etdi

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət etdi

Aktual

4 Fevral 2026, 14:40

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə kompleks nəzarət tədbirləri görür.

Modern.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Qurumdan bildirilib ki, hazırda bütün qatarlar qrafik üzrə hərəkəti təmin edilir.

"Sərnişinlərimizi platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini yalnız müvafiq keçidlərdən istifadə etməklə keçməyə çağırırıq", - deyə məlumatda qeyd edilib.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!