Modern.az

Yerdə maqnit qasırğaları başlayıb

Yerdə maqnit qasırğaları başlayıb

Aktual

5 Fevral 2026, 10:58

Yer kürəsində planetar maqnit qasırğaları artıq başlayıb, Qərb yarımkürəsində isə güclü qütb parıltısı müşahidə olunur.

Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

Alimlərin sözlərinə görə, hələlik bu qasırğalar nisbətən zəifdir, G1 səviyyəsindədir, lakin növbəti sutkalar ərzində onların gücü G2-G3-ə qədər arta bilər.

Qütb parıltısı hazırda Kanadada və ABŞ-nin şimal ştatlarında görünür. Onlar artıq maksimum intensivlik səviyyəsinə (10) çatıblar.

Maqnit qasırğalarının tək bir səbəbi yoxdur - onlar fevralın əvvəlindən bəri müşahidə olunan son dərəcə yüksək günəş aktivliyinə Yerin maqnitosferinin ümumi reaksiyasının nəticəsidir.

Prosesin başlanmasına səbəb fevralın 2-də son bir il yarım ərzində günəşdə ən böyük X8.1 sinifli partlayış zamanı kosmosa atılan plazma buludunun kənarının Yerə yaxınlaşması olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!