Modern.az

Lavrov Simonyanı danladı: Qəribə açıqlamalar eşidirik

Lavrov Simonyanı danladı: Qəribə açıqlamalar eşidirik

Aktual

5 Fevral 2026, 15:20

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan parlanrntinin sədri Alen Simonyanla görüşüb.

Modern.az xəbər verir ki, Rusiya XİN başçısı İrəvanın hibrid təhdidlər barədə açıqlamalarına toxunaraq qeyd edib ki, Aİ daim Ermənistanı ya Rusiya ilə, ya da onsuz olmaqla bağlı seçimə təşviq edir.

"Şimaldan Ermənistana qarşı hansısa təhdid barədə qəribə açıqlamalar eşidirik", - o deyib.

Lavrov ümid edir ki, Rusiyayanın "strateji məğlubiyyətini" məqsəd kimi elan edən Avropa Birliyinin bu addımları Ermənistan tərəfi üçün aydın bəlli olmalıdır.

"Lakin Moskva heç vaxt tərəfdaşlarının digər sahələrdə xarici əlaqələr qurmasına etiraz etmir. Rusiya həmçinin Ermənistan rəhbərliyinin hazırkı əməkdaşlıq səviyyəsini qorumaqda maraqlı olduğunu bildirən açıqlamalarını da eşidir".

Lavrov Rusiyanın Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qaldığını bir daha təkrarlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!