Türkiyənin nüfuzlu “Yeni Şafak” qəzetində Azərbaycan səhiyyəsində robotik cərrahi xidmətin istifadəyə verilməsi ilə bağlı xəbər dərc olunub.
Modern.az xəbər verir ki, tanınmış jurnalist İsmail Çoktanın yazdığı məqalədə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika-da ilk robotik əməliyyatın uğurla həyata keçirilməsindən bəhs olunub.
Azərbaycanda ilk dəfə həyata keçirilən bu əməliyyatda öd kisəsi polipozu diaqnozu ilə xəstəxanaya yerləşdirilən 23 yaşlı kişi xəstə üzərində robotla dəstəklənən xolesistektomiya əməliyyatı uğurla həyata keçirilib.
Xəstə artıq evə buraxılıb.
Əməliyyata Yeni Klinikanın Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri, cərrah-transplantoloq dr. Eldar Əhmədov rəhbərlik edib.
Bu əməliyyat Azərbaycan səhiyyəsində texnoloji yeniliklərin tətbiqində mühüm mərhələ hesab olunur.