Modern.az

Maşının üstünə ağac aşdı — Ziyanı kim ödəyəcək?

Maşının üstünə ağac aşdı — Ziyanı kim ödəyəcək?

Aktual

5 Fevral 2026, 20:28

Çoxmərtəbəli yaşayış binalarının həyətində və ya binaların aşağı hissəsində avtomobillər saxlanılır. Lakin bu, bəzən sürücülər üçün riskə çevrilir. Belə ki, bəzi hallarda mənzillərin eyvanlarından müxtəlif əşyaların aşaraq yerə düşməsi avtomobillərə ciddi ziyan vurur. Xüsusilə küləkli havalarda isə təhlükə daha da artır. Güclü küləyin təsiri ilə ağaclar qırılaraq maşınların üzərinə aşır və maddi zərərə səbəb olur.

Modern.az xəbər verir ki, məsələni şərh edən hüquqşünas Ramil Süleymanov açıqlamasında binaların üzərindən hər hansı bir hissənin maşınların üzərinə düşməsi nəticəsində avtomobilə vurulmuş zərər mütləq şəkildə birinci hüquq-mühafizə orqanı tərəfindən araşdırılmalı olduğunu deyib.

“Orada müəyyən olunarsa ki, vətəndaşların ehtiyatsız davranışı nəticəsində avtomobilə zərər dəymişdir, həmin vətəndaşdan izahat alınacaq . Bu zaman cinayət işinin başlanması, rədd olunması və ya digər qərar qəbul ediləcək. Şəxsin məsuliyyəti həmin qərarda öz əksini tapacaqdır. Əgər bina rəhbərliyi, yəni binanı idarə edən qurum tərəfindən, məsələn, damından və ya üzlüyündən hər hansı bir hissənin qoparaq avtomobilin üzərinə düşməsi nəticəsində zərər baş veribsə, həmin binanın idarəçiliyinə cavabdeh şəxs birbaşa məsuliyyət daşıyır. Bu halda vətəndaşın müraciəti əsasında hüquq-mühafizə orqanı araşdırma aparır. Müəyyən olunarsa ki, düşən parça sırf binaya məxsusdur və binanın idarəçilərinin məsuliyyətsizliyi nəticəsində qoparaq düşübsə, avtomobilinə zərər dəymiş şəxsin mülki qaydada iddia qaldırmaq və binanın rəhbərliyinə qarşı təzminat tələb etmək hüququ yaranır”.

O bildirib ki, güclü külək zamanı bəzi ağacların avtomobillərin üzərinə aşması kimi hallar baş verir:

“İlk növbədə hadisə ilə bağlı polisə və ya FHN-ə məlumat verilməli, fakt rəsmi şəkildə sənədləşdirilməlidir. Avtomobilə dəyən ziyanın fotoları və video görüntüləri toplanmalı, şahidlər varsa qeydə alınmalıdır. Ağacın hansı quruma məxsus olduğu müəyyənləşdirildikdən sonra ziyanın ödənilməsi tələbi ilə həmin quruma müraciət edilə bilər. Razılıq əldə olunmazsa, məsələ məhkəmə qaydasında həll olunur”. (Mənbə: Demokrat.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!