Modern.az

Bakının bu ərazisində 6 saat işıq olmayacaq 

Bakının bu ərazisində 6 saat işıq olmayacaq 

Aktual

6 Fevral 2026, 09:28

Suraxanının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan Modern.az-a verilən məlumata görə, fevralın 6-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Əmircan qəsəbəsi Səttar Bəhlulzadə, Bülbülə qəsəbəsi Çingiz Nəsirov, Nəriman Nərimanov, Vüqar Bədəlov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə,təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Azərbaycanı təhdid edən şəxsə yüksək vəzifə verdi - Xəbəriniz Var? - Media Turk TV