Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İsrailin xüsusi xidmət orqanı Mossadla əlaqəli olduğu müəyyən edilən iki nəfəri saxlayıb.
Modern.az "TRT Haber"ə isitnadən xəbər verir ki, “Monitum əməliyyatı” çərçivəsində İsrail kəşfiyyatına işlədiyi müəyyən edilən Mehmet Budak Derya və Veysel Kerimoğlu barəsində əməliyyat keçirilib və onlar nəzarətə götürülüb.
Qeyd olunur ki, mədən mühəndisi olan Mehmet Budak Derya 2013-cü ildə mərmər ticarəti fəaliyyəti vasitəsilə İsrail kəşfiyyatı ilə əlaqə yaradıb və sonrakı illərdə müxtəlif ölkələrdə bir sıra gizli görüşlər keçirib.
İsrail kəşfiyyatı tərəfindən yönləndirilən Derya daha sonra Veysel Kerimoğlunu da fəaliyyətə cəlb edib.
Hər iki şəxs topladıqları məlumatları mütəmadi olaraq İsrail tərəfinə ötürüb. Faktla bağlı araşdırma aparılır.