22-23 may 2026-cı il tarixlərində Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş Gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək.
Modern.az xəbər verir ki, dünyanın müxtəlif universitetlərində, akademiyalarında və tədqiqat institutlarında çalışan gənc tədqiqatçılar bu platformada bir araya gəlməklə, son elmi nailiyyətləri və təcrübələri bölüşəcəklər. Eyni zamanda müxtəlif elmi sahələrdə qarşıya çıxan problemlər təhlil ediləcək, onların həlli yolları üçün təkliflər irəli sürüləcək, bütövlükdə gənclərdə elmə həvəsin artırılması təşviq olunacaq.
Konfrans riyaziyyat və kompüter elmləri, informasiya texnologiyaları və kibertəhlükəsizlik, logistika və nəqliyyatın müasir problemləri, biologiya, biotexnologiya, qida mühəndisliyi, mühəndislik mexanikasının müasir problemləri, sənaye mühəndisliyi və ekologiyasının müasir problemləri, fizika və fiziki mühəndislik, kimya və kimya mühəndisliyi, avtomatlaşdırma, telekommunikasiya, enerji və iqtisadiyyata dair müxtəlif elmi istiqamətləri əhatə edəcək. Bununla yanaşı, hüquq, memarlıq, dizayn, tarix, sosiologiya, filologiya elmləri və s. mövzularda da müzakirələr aparılacaq.
Konfrans haqqında ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: