Modern.az

AFFA 3 klubu cərimələdi

AFFA 3 klubu cərimələdi

Aktual

6 Fevral 2026, 14:20

AFFA İntizam Komitəsi 3 klubu cərimələyib.

Modern.az xəbər verir ki, Misli Premyer Liqasının XVIII turunda “Karvan-Yevlax” “Sumqayıt”la, “Kəpəz” isə “Şamaxı” ilə matçda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduqlarına görə hərəsi 1000 manat cərimə edilib.

Bundan başqa, oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğu və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığı üçün Gəncə təmsilçisi daha 5000 manat ziyana düşüb.

Həmçinin “Qarabağ”la qarşılaşmada “Turan Tovuz”da 6 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ödəyəcək.

Sizə yeni x var
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır