Quba rayonunun Hacıağalar kəndinin sakinləri illərdir ki, yol sarıdan əziyyət çəkirlər.
Modern.az xəbər verir ki, xüsusilə yağışlı və qarlı günlərdə yolda nəqliyyatın hərəkəti daha da çətinləşir.
"Xəstəmiz olanda, bir kilometr yolu belimizdə daşımalı oluruq. Yolu su yuyub-aparıb", "Qışda dəfələrlə maşınım aşıb, çaya düşmüşəm", "Atam vəfat edəndə, yol bərbad halda olduğu üçün heç kim yas məclisinə gələ bilmədi", - deyə sakinlər narazılıqlarını bildiriblər.
Bələdiyyədən isə məsələ ilə bağlı bildirilib ki, kəndin yolunun təmiri üçün aidiyyəti qurumlara müraciət edilib, vəsait ayrılarsa, asfaltlama işləri həyata keçiriləcək. (Mənbə:Baku TV)