Modern.az

Narkotikə görə saxlanılan şəxs həbs olundu

Narkotikə görə saxlanılan şəxs həbs olundu

Aktual

7 Fevral 2026, 15:20

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mehdiyev tutulub.

Modern.az xəbər verir ki, onun üzərinə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R. Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?