Modern.az

Şəmkirdə bıçaqlanan məktəblilərin son durumu açıqlandı

Şəmkirdə bıçaqlanan məktəblilərin son durumu açıqlandı

Aktual

9 Fevral 2026, 10:55

08.02.2026-cı il tarixində saat 22:10 radələrində 3 nəfər (kişi) xəsarət alması səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, ötən gün Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb. Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi