“Vensin bu gün bölgəyə başlayan səfəri həm region ölkələrində, həm də Rusiyada böyük maraq doğurur və bu səfər ABŞ-ın Tramp administrasiyası dövründə formalaşan marşrutunun aktivləşməsini sürətləndirəcək.”
Modern.az xəbər verir ki, bu fikirləri Baku TV-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkilinin sözlərinə görə, Vensin Cənubi Qafqaza səfəri regionun gələcək taleyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Bu səfər çərçivəsində Ermənistanda mühüm bir müəssisənin təməli qoyulacaq. ABŞ ilə Cənubi Qafqaz arasında formalaşan bu təmaslar region üçün olduqca vacibdir”, – deyə Cavanşir Feyziyev qeyd edib.