Modern.az

İmtahana qeydiyyat BAŞLADI

İmtahana qeydiyyat BAŞLADI

Aktual

10 Fevral 2026, 12:52

Dövlət İmtahan Mərkəzi (DİM) martın 15-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.

DİM-dən Modern.az-a bildirilib ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

BA və BB vəzifə qruplarına uyğun imtahan saat 10:00-da, AB, AC vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanacaq. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı martın 1-dək aparılacaq.

İmtahan vermək istəyənlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıldır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?