Modern.az

Azərbaycan xalqının taleyində mühüm mərhələ - FOTO

Azərbaycan xalqının taleyində mühüm mərhələ - FOTO

Aktual

10 Fevral 2026, 16:50

Fevralin 10-da YAP Samux rayon təşkilatının Qarayeri ərazi partiya təşkilatında “Qarşıdurmadan sabitliyə” mövzusunda partiya üzvləri ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, qarşıdurmadan sabitliyə gedən yol Azərbaycan xalqının taleyində mühüm mərhələ təşkil edir. O qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə siyasi sabitlik təmin olunub, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

G.Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib, ölkəmiz regionda sabitlik və sülh məkanına çevrilib.

 G.Bayramov həmçinin, Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, bu ali mükafat dövlət başçımızın yalnız regional deyil, qlobal miqyasda sülhə, multikulturalizmə, dinlər və xalqlar arasında dialoqa verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu təltif Azərbaycanın humanizm, tolerantlıq və birgəyaşayış dəyərlərinə sadiqliyinin dünyaya təqdimatıdır.

Daha sonra tədbirdə çıxış edən partiya fəalları Mahirə Məmmədova, Təriqət Abdullayeva, Sevil Əliyeva, Samirə Məmmədova və Nizami Hüseyinov Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən siyasəti və xalq–iqtidar birliyinin ölkəmizin inkişafında oynadığı mühüm roldan danışıblar. Qeyd ediblər ki, Azərbaycanın bu gün əldə etdiyi sabitlik, təhlükəsizlik və beynəlxalq etimad məhz Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Onlar “Zayed İnsan Qardaşlığı Mükafatı”nın bütün Azərbaycan xalqı üçün qürur mənbəyi olduğunu vurğulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?