Modern.az

Minlərlə manat ödəndi, sənəd verilmədi - MTK ilə sakinlər üz-üzə

Minlərlə manat ödəndi, sənəd verilmədi - MTK ilə sakinlər üz-üzə

Aktual

11 Fevral 2026, 00:44

Xırdalan şəhəri, "Abşeron City" Mənzil-Tikinti Kooperativinin yaşayış kompleksində yaşayan sakinlər bildirirlər ki, illər əvvəl yüksək məbləğdə pul ödəyərək ev alıblar.

Modern.az xəbər verir ki, onlara çıxarışların tezliklə veriləcəyi bildirilsə də, bu günə qədər hələ də həmin sənədlər təqdim olunmayıb.

"Sahib olduğum evi 2019-cu ildən kreditlə almışam. Bütün ödənişi tamamladıqdan sonra dedilər ki, çıxarış verəcəklər, amma hələ də verməyiblər. Dəfələrlə müraciət etmişik, dəqiq cavab ala bilmirik", - deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə belə deyib: "Gəncədəki evi satıb buraya gəldik, indi qalmışıq ortalıqda. Qeydiyyatda olmasam da, bütün ödənişlərimi vaxtında edirəm".

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, hər bir Mənzil-Tikinti Kooperativinin (MTK) alıcıları qarşısında müəyyən öhdəlikləri var. Bu öhdəliklərdən biri də alıcıların müvafiq sənədlərlə təmin edilməsidir. Əgər MTK sakinləri lazımi sənədlərlə təmin etmirsə, onlar məhkəməyə müraciət edə bilərlər.

İcra Hakimiyyəti də bu məsələdə hüquqi yardım göstərməyə hazır olduğunu bildirib. (Baku TV)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?