Modern.az

Zərdabda narkotikə görə 7 nəfər tutuldu

Zərdabda narkotikə görə 7 nəfər tutuldu

Aktual

11 Fevral 2026, 10:34

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Seyidzadə, Zamin Məmmədov, Qoşqar Əliyev, Bəxtiyar İsmayılzadə, Natiq Şahmurov, Ələddin Novruzəliyev və Üzeyir Novruzzadə saxlanılıblar.

Modern.az xəbər verir ki, adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Raketlər İrana tuşlandı - Hücum başlayır - Xəbəriniz Var?