Fevralın 11-də “Taşir” Şirkətlər qrupunun sahibi Samvel Karapetyanın himayəsilə yaradılan "Güclü Ermənistan" Partiyasının qurultayı keçirilib.
Modern.az xəbər verir ki, qurultayda partiyanın sədri və şurası seçilib. Samvel Karapetyan yekdilliklə partiya sədri seçilib.
Sabah İrəvandakı Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində partiyanın rəsmi təqdimatı keçiriləcək. Ermənistan mətbuatının məlumatına görə, bu təqdimat zamanı partiyanın baş nazirliyə namizədi açıqlanacaq.
Samvel Karapetyan hazırda ev dustaqlığındadır. O, ruhanilərlə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra, 2025-ci ilin iyun ayında həbs edilib. Sonradan iş adamına qarşı "vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması" ittihamı ilə cinayət işi açılıb.
2025-ci ilin dekabr ayının sonlarında o, ev dustaqlığına buraxılıb.