Modern.az

Azərbaycanda hərbçi dəm qazından boğulub öldü

Azərbaycanda hərbçi dəm qazından boğulub öldü

Aktual

11 Fevral 2026, 19:55

Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib.

Modern.az xəbər verir ki, o, Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edirmiş.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Şəki rayon Baş Layısqı kənd sakini olub. Onun meyiti bu gün səhər saatlarında hamamda aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Bakını müharibə ilə hədələdi