Modern.az

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ

Aktual

13 Fevral 2026, 04:14

Heyvanların leşi və tullantılar əraziyə atılır.

Modern.az xəbər verir ki, bunu Abşeron rayonunun Novxanı qəsəbəsi, Salatın Əsgərova küçəsində yaşayan sakinlər iddia edirlər. Onlar ərazidə yerləşən fermanın natəmizliyindən şikayətçidirlər.

Ferma sahibi isə bildirdi ki, bura kənd təsərrüfatı üçün ayrılan ərazidir. Rəsmi qaydada ferma tikilib.

Məsələ ilə bağlı, qəsəbə bələdiyyəsindən məlumat verildi ki, sözügedən ərazi vətəndaşın şəxsi mülkiyyətində olmaqla, kənd təsərrüfatlı təyinatlıdır. Sahibkar qanunamüvafiq şəkildə kənd təsərrüfatı sahəsi ilə məşğul olur. Ərazinin təmiz saxlanılması ilə bağlı onunla maarifləndirici söhbətlər aparılıb. (Xəzər TV)

Sizə yeni x var
Keçid et
DTX Mehdiyevlə bağlı sirləri açdı - Kimlər HƏBS OLUNACAQ?