Modern.az

Azərbaycandan olan 19 nəfər Ermənistana bu keçiddən gedib

Azərbaycandan olan 19 nəfər Ermənistana bu keçiddən gedib

Aktual

13 Fevral 2026, 11:59

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi – ekspertlər və jurnalistlər bu gün quru sərhədinin delimitasiya olunmuş hissəsindən Ermənistana gediblər.

Bu, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana ikinci səfəridir, lakin sərhədin delimitasiya olunmuş hissəsindən birinci keçiddir.

30 ildən sonra ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistan-Azərbaycan sərhədini adlayıblar.  

Ermənistan mətbuatının məlumatına görə, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları yerinə yetirdikdən sonra quru sərhədinin delimitasiya olunmuş və demarkasiya olunmuş hissəsi vasitəsilə Ermənistana keçib.

Modern.az xəbər verir ki, Azərbaycan nümayəndələri Qazax rayonu ərazisindən Ermənistanın Tavuş vilayətinin sərhəddə yerləşən Kirants rayonuna daxil olublar.

Ermənistan İctimai Radiosunun məlumatına görə, səfər "Sülh Körpüsü" təşəbbüsünün bir hissəsidir. 13-14 fevral tarixlərində İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.

Ermənistana gedən Azərbaycan nümayəndə heyətinə 19 nəfər daxildir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?