Modern.az

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Aktual

13 Fevral 2026, 13:13

Fevralın 14-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?