Modern.az

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirildi - FOTO

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirildi - FOTO

Aktual

13 Fevral 2026, 13:19

Müdafiə Nazirliyi və NATO arasında Bakıda Alyans-ın Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri kurs keçirib.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yaybı.

Qeyd edilib ki, "NATO-da logistikanın planlaşdırılması" mövzusunda keçirilən kurs ərzində "Əməliyyat planlama prosesində logistikanın təşkili" ssenarisi üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı nəzəri və praktiki məşğələlər təşkil olunub.

Həmçinin hərbi qulluqçulara NATO ilə ümumi tanışlıq və logistika ilə əlaqədar müxtəlif brifinqlər təqdim edilib.

Kursun sonunda iştirakçılara sertifikatlar verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?