Şirvan şəhərində keçmiş həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Tural Qanbayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Modern.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən iclasda yekun qərar elan edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xatırladaq ki, cinayət hadisəsi ötən ilin oktyabrında Şirvanda qeydə alınıb. Tural Qanbayev münaqişə zəminində yaranan dava zamanı keçmiş arvadı Lamiyə Qanbayevaya 11 bıçaq zərbəsi endirib, daha sonra isə sirkə turşusu qəbul edərək özünü öldürməyə çalışıb.
O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri üzrə ittiham olunub.
Qeyd edək ki, zərərçəkmiş Lamiyə Qanbayeva "Şirvan Şəhər Mərkəzi Xəstəxanası" PHŞ-də ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır. (APA)