Modern.az

Bu Agentliyə yeni qanuni təmsilçisi TƏYİN EDİLDİ

Bu Agentliyə yeni qanuni təmsilçisi TƏYİN EDİLDİ

Aktual

13 Fevral 2026, 20:58

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni qanuni təmsilçisi təyin edilib.

Modern.az xəbər verir ki, Baxşıyev Fərid Zavur oğlu sözügedən qurumun qanuni təmsilçisi seçilib.

Qeyd edək ki, o, bundan əvvəl "Ekvita" şirkətinin İdarəetmə Konsaltinq üzrə partnyoru vəzifəsində çalışıb.

Maliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyinatı yoxdur.

Xatırladaq ki, ötən ilin dekabr ayında Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb. (Qaynarinfo)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?