Modern.az

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlığı: Etibarlı əməkdaşlığın yeni mərhələsi.

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlığı: Etibarlı əməkdaşlığın yeni mərhələsi.

Aktual

16 Fevral 2026, 10:16

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər müstəqilliyimizin ilk illərindən etibarən qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və ortaq maraqlar əsasında inkişaf etmişdir. Bu münasibətlərin mühüm mərhələlərindən biri kimi qiymətləndirilən Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və ABŞ arasında siyasi münasibətlər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Strateji tərəfdaşlıq çərçivəsində tərəflər regional sabitliyin qorunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi kimi fundamental prinsiplərə sadiqlik nümayiş etdirirlər.

ABŞ Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini bəyan etmiş, Azərbaycan isə beynəlxalq təhlükəsizlik təşəbbüslərində fəal iştirak etməklə qlobal sülhə töhfə vermişdir. İki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq regionda sabitliyin təmin olunmasına xidmət edir. Azərbaycan terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və beynəlxalq sülhməramlı missiyalarda iştirak kimi istiqamətlərdə ABŞ ilə sıx əməkdaşlıq edir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən proqramlar tərəfdaşlığın mühüm nəticələrindəndir.

Enerji sahəsi Azərbaycan–ABŞ strateji tərəfdaşlığının əsas sütunlarından biridir. Azərbaycan Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. ABŞ şirkətlərinin Azərbaycan enerji sektorunda iştirakı, xüsusilə neft və qaz layihələrində tərəfdaşlıq, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olmuşdur.Müasir dövrdə Azərbaycan Respublikasının xarici siyasətində mühüm istiqamətlərdən biri Amerika Birləşmiş Ştatları ilə münasibətlərin inkişafıdır. Bu münasibətlər qarşılıqlı hörmət, beynəlxalq hüquqa sadiqlik və ortaq maraqlar əsasında formalaşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Bu prosesdə Azərbaycanın dövlət başçısı,İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və balanslaşdırılmış xarici siyasət xüsusi rol oynayır.Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər müstəqilliyin ilk illərindən qurulsa da, son dövrlərdə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Bu əməkdaşlıq aşağıdakı sahələri əhatə edir:enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri, regional sabitlik və təhlükəsizlik, su ehtiyatlarının idarə olunması və ekologiya, iqtisadi və investisiya əməkdaşlığı, demokratik institutların inkişafı və humanitar sahələr.

Azərbaycanın geostrateji mövqeyi və zəngin enerji resursları onu ABŞ üçün regionda etibarlı tərəfdaşlardan birinə çevirmişdir. Azərbaycan–ABŞ münasibətlərinin bugünkü səviyyəyə çatmasında Prezident İlham Əliyevin fəaliyyəti həlledici əhəmiyyət kəsb edir. Dövlət başçısının həyata keçirdiyi çoxşaxəli diplomatik kurs aşağıdakı nəticələri təmin etmişdir: Azərbaycan beynəlxalq enerji layihələrinin əsas iştirakçısına çevrilmişdir; ABŞ ilə təhlükəsizlik və sülhməramlı əməkdaşlıq genişlənmişdir; ölkəmizin regional təşəbbüsləri Vaşinqton tərəfindən dəstəklənmişdir; iqtisadi və texnoloji əməkdaşlıq üçün yeni platformalar yaradılmışdır. Prezidentin prinsipial mövqeyi Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaratmışdır.

ABŞ-ın Vitse-prezidenti Cey. Di.Vensin fevral ayında Azərbaycana səfəri ikitərəfli münasibətlərdə mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlərdə: regional təhlükəsizlik məsələləri; iqtisadi əməkdaşlığın genişləndirilməsi; enerji və yaşıl texnologiyalar; humanitar və təhsil layihələri müzakirə olunmuş və əməkdaşlığın dərinləşdirilməsinə dair mühüm sənədlər, o cümlədən strateji xarakterli xartiya imzalanmışdır.İmzalanmış xartiya Azərbaycan–ABŞ münasibətlərinin uzunmüddətli perspektivini müəyyən edən mühüm siyasi sənəddir. Bu sənəd: tərəfdaşlığın institusional əsaslarını möhkəmləndirir;siyasi dialoqun davamlılığını təmin edir; iqtisadi və təhlükəsizlik əməkdaşlığını sistemli xarakterə çevirir; regionda sabitlik və inkişafın təşviqinə xidmət edir. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında münasibətlərin uzunmüddətli və etibarlı əsaslara söykəndiyini təsdiqləyir. Bu sənəd tərəflərin Vaşinqtonda əldə olunmuş razılaşmalara və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Xartiya siyasi dialoqun gücləndirilməsi, enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahələrində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, sənəd Cənubi Qafqazda sülhün və davamlı inkişafın təşviqinə xidmət edən mühüm mexanizm kimi çıxış edir. Strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər qarşılıqlı etimadı möhkəmləndirir, regional və qlobal çağırışlara birgə cavab vermək imkanlarını artırır.

Bu baxımdan Xartiya, Vaşinqton razılaşmalarına sadiqliyin real addımlarla təsdiqi və gələcək əməkdaşlıq üçün möhkəm siyasi iradənin ifadəsi kimi qiymətləndirilir. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən müdrik və qətiyyətli siyasət nəticəsində Azərbaycan–ABŞ münasibətləri yüksələn xətlə inkişaf edir. Qarşıdakı dövrdə əməkdaşlığın aşağıdakı yaşıl enerji və iqlim texnologiyaları, rəqəmsal iqtisadiyyat və innovasiya, nəqliyyat-logistika dəhlizləri, regionda sülh və təhlükəsizlik təşəbbüssləri istiqamətləri üzrə daha da genişlənəcəyi gözlənilir. Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın möhkəmlənməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz nümunəsidir.Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qurulan bu əməkdaşlıq modeli qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanır.

Bu gün Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır və dövlət başçısının rəhbərliyi ilə Azərbaycan–ABŞ münasibətləri gələcəkdə də daha yüksək mərhələyə yüksəlmək potensialına malikdir.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Sizə yeni x var
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar