Uuzn illərdir ki, İsveçərədə yaşayan və özünü "müstəqil jurnalist" kimi təqdim edən Emin Hüseynovla bağlı qalmaqallı məqamlar üzə çıxmaqda davam edir.
Belə ki, onun İsveçrəyə getməsi ilə bağlı həmin vaxt bu ölkənin "Tagesanzeiger" saytında maraqlı detal qeyd olunmuşdu. Nəşr qeyd edir ki, Hüseynovun İsveçrəyə aparılması üçün bu ölkənin hökuməti Emin Hüseynovun təxminən 200.000 AZN məbləğində vergi borcunu ödəmişdi.
Yəni İsveçrə hökuməti isveçrəli vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb vergisini ödəməyən birinin vergi borclarını bağlayıb.
Əvəzində Emin Hüseynov İsveçrə hökuməti qarşısında Azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmuşdü.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərası əlaqələr komitəsiinin sədri Səməd Seyidov bildirib ki, Emin Hüseynovun iç üzünün açılması, həm də ona dəstək verənlərin əsl simasının ifşa olunmasıdır:
“Mən düşünürəm ki, o şəxsə ən gözəl cavabı Mehriban xanım verdi. Söhbət yalnız onun arvad paltarı geyinməsindən, qaçmasından getmir. Bu hərəkətlər Azərbaycana qarşı sanki ən qəddar düşmənin etmədiklərini etmək niyyətində olmasını göstərir. Onları yaxşı tanıyırıq. Avropa Şurasında biz sessiyalara gələndə daim orda idilər və heç jurnalist də deyillər. Azərbaycana qarşı verilən qrantları götürüb istifadə edib, sadəcə jurnalist adı altında iş görürdülər. Hər birinin iç yüzü açıldı. İfşa olunanlar tək onlar deyil, onlara dəstək verən qüvvələrdir. Dəstək verənlərin də əsl siması ifşa olundu".
Səməd Seyidov İsveçrənin Emin Hüseynova sığınacaq verməsinə də münasibət bildirib.
"Niyyətlərinin nə olduğu indi daha aydınlaşır. Onlar Azərbaycanın müstəqilliyini, Qarabağın azad olunmasını, Azərbaycanın suveren dövlət kimi inkişafını və bugün o zirvədə Azərbaycanın mövcudluğunu görmək istəmirdilər, ancaq istəklərinə nail ola bilmədilər və yanıb tökülürlər. Ona görə nə deyim, indi hansı qərarı İsveçrə hökuməti qəbul edib özləri bilirlər. Ancaq belə insanlarla Azərbaycana qarşı işləməklə onlarla yanaşı, belə insanlara dəstək verənlərin içi üzü açılmış oldu".

Komitə sədri vurğulayıb ki, Emin Hüseynov və onun kimilərinin davranışı onların Azərbaycanın mövcudluğu qəbul etmədiklərini göstərir:
"Yenə də təkrar edirəm, burada söhbət ondan gedir ki, bunun cinayəttərkibli əməlləri bir-birinə qarışıb. Ən böyük cinayəti isə Azərbaycana qarşı işləməkdir. Söhbət bundan gedir. İndi o ki, bunun vergi cinayətkarı olmasına və belə bir şəxsə İsveçrənin qucaq açmasına, bu barədə hüquqşünaslardan soruşmaq daha yaxşı olar. Ancaq bunların davranışlar göstərir ki, onlar Azərbaycanın mövcudluğunu qəbul etmirlər. Ən böyük cinayət elə bundan ibarətdir".