Modern.az

Əli Kərimlinin apellyasiya şikayətinə baxıldı

Əli Kərimlinin apellyasiya şikayətinə baxıldı

Aktual

16 Fevral 2026, 16:46

Bu gün AXCP sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin 4 ay uzadılmasına etiraz olaraq verilmiş apellyasiya şikayətinə baxılıb.

Modern.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, ötən həftə Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində təqdimata baxılıb.

Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 4 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Əli Kərimli “Ramiz Mehdiyev işi” ilə əlaqədar saxlanılıb.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar