Modern.az

Mikayıl Cabbarov özünə yeni müşavir təyin etdi - FOTO

Mikayıl Cabbarov özünə yeni müşavir təyin etdi - FOTO

Aktual

16 Fevral 2026, 16:53

Ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.

Modern.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyinə verilib.

Bundan sonra şirkət “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC kimi fəaliyyət göstərməyə başlayıb. (“Report”)

Mikayıl Cabbarov özünə yeni müşavir təyin etdi - FOTO

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar