Modern.az

Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək

Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək

Aktual

16 Fevral 2026, 17:40

Fevralın 13-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fevral ayının pensiyalarının artırmlarla ödənişi baş tutub.

Cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla verilib.

Modern.az xəbər verir ki, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə fevral ayının 20-də həyata keçiriləcək.

Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək  qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılıb.///milli.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar