Dövlət Dəniz və Liman Agentliyində “Gəmiçilik şirkətlərinin insan resursları bölməsi ilə əməkdaşlıq və mövcud problemlərin həlli yollarının müzakirəsi” mövzusunda görüş keçirilib.
Modern.az xəbər verir ki, əvvəlcə son illər ərzində dənizçilərin sertifikatlaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə təqdimat olub.
Görüş çərçivəsində bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Üzmə haqqında arayış anlayışına gəmiçilik şirkətlərinin insan resursları bölmələrinin baxışı, dənizdə xidmət müddətlərinin düzgün qeydiyyatının təmin edilməsi, həmçinin Agentliklə gəmiçilik şirkətləri arasında məlumat uyğunluğunun artırılması, sənədləşmə və təsdiq mexanizmlərinin təkmilləşdirilməsi əsas müzakirə mövzuları olub.
Bununla yanaşı, gəmiçilik sektorunda heyət üzvlərindən tələb olunan əsas sertifikatlar, sertifikatların etibarlılıq müddətinin izlənilməsi, habelə yenilənmə və ilk dəfə verilmə proseslərində gəmiçilik şirkətlərinin insan resursları bölmələrinin rolu, Agentliklə şirkətlər arasında sertifikatlaşdırma üzrə koordinasiyanın gücləndirilməsi, mövcud risklər və uyğunluq məsələləri də nəzərdən keçirilib.
Görüş iştirakçıları “Sənaye personalını daşıyan gəmilər üçün Beynəlxalq Təhlükəsizlik Məcəlləsi”nin (IP Code) tələblərinin icrası və bu çərçivədə bayraq dövləti nəzarəti mexanizmləri mövzusuna da diqqət çəkiblər.
Tədbir zamanı Agentliklə gəmiçilik şirkətlərinin insan resursları bölmələri arasında əməkdaşlıq imkanları, məlumat mübadiləsinin təkmilləşdirilməsi, vahid yanaşmaların formalaşdırılması, birgə iş mexanizmlərinin qurulması və gələcək təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb. Sonra iştirakçıların sualları cavablandırılıb.
.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)