Modern.az

Neftçalanın icra başçısı səyyar görüş keçirdi - FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirdi - FOTOLAR

Aktual

19 Fevral 2026, 17:14

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu rayonun Xol Qarabucaq kəndinin sakinləri ilə keçirib. 

Modern.az xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səyyar qəbul zamanı Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Neftçala RİH başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna rol oynayıb. 

RİH başçısı qeyd edib ki, Ulu Öndərin yaratdığı siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. 

RİH başçısı, zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. 

O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. 
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən Akkuşa magistral kanalının və suvarma şəbəkəsinə aid bəzi kanalların lildən təmizlənməsi, suvarma kanalına suburaxıcı qurğu quraşdırılması, yaşayış evinin sənədlərinin düzəldilməsinə köməklik, kənd ərazisində mərasim evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

 



Whatsapp
Bizə yazın!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı