Dünən ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Sülh Şurasının toplantısından sonra Prezident İlham Əliyevə qarşı atılan təxribatla bağlı Milli Qəhrəmanlar Modern.az-a danışıblar
Milli Qəhəraman İbad Hüseynli dünənki insdenti şiddətlə qınadığını söyləyib:
“Dünənki insidenti mən şiddətlə qınayıram. Hesab edirəm ki, bu, təkcə Prezidentimizə qarşı deyil, Azərbaycan dövlətinə əleyhinə edilmiş qəsddir, təxribatdır. Çünki hər bir dövlətin prezidenti onun birnömrəli şəxisidir. Dövləti məhz Prezident təmsil edir. Prezidentə qarşı atılan hər bir addımı dövlətimizə qarşı atılan addım kimi qəbul edirik. İndiki dünya düzəninin formalaşmasında Prezidentin bu qədər gərgin qrafikdə çox kəskin, güclü xarici siyasi addımlar atdığı dövrdə, ölkəmizə qarşı belə bir təxribatlar törədirlər. Bu insan haqları deyil. Bizə heç bir xeyir gətirməyəcək. Əslində bu heç nəyə səbəb olmur. Sadəcə olaraq bu adamların hərəkətləri ikrah doğurur. Onları bəyənmirəm. Ölkədaxili hər problemi özümüz həll edə bilərik, bunları xaricə çıxarmağa ehtiyac yoxdur. Amma bu hadisələri törədənlərlə bağlı bəzi təşkilatların dərhal reaksiya vermələri onların bu addımı düşünülmüş formada həyata keçirdiklərini göstərir. Mən bunu yenə deyirəm belə şeyləri qəbul etmirəm. Mən Prezidentin əsgəriyəm, dövlətimin adamıyam. Dövlət uğrunda mən hər şeyə raıyam. Bu cür hörmətsizlik və tərbiyəsizlikləri, dövlətimizə qarşı addımları şiddətlə qınayıram”.
Milli Qəhrəman Vahid Quliyev isə bunları deyib:
“Bu adamlar ölkəmiz əleyhinə həmişə düşmən kimi çıxış edirlər. Azərbaycana qarşı adam olduqları üçün həmişə belə hərəkətlər edirlər. Düşünürəm ki, Azərbaycan xalqı hamısı bunlara nifrət edir. Onların bu cür hərəkətlərini pisləyirlər”.
Qeyd edək ki, Sülh Şurasının görüşündən sonra ABŞ-də yaşayan və özünü müxalifət kimi təqdim edən bir sıra radikallar Vaşinqtonda Prezident İlham Əliyevin qaldığı otelin ətrafında təhlükəsizlik perimetrini zorakı formada pozmağa çalışıb, qeyri-etik ifadələr işlədib, təhrikedici və zorakı addımlar atıblar. Təxribatçıların cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən alınıb.