Modern.az

Azərbaycanda 100 mindən çox yeni iş yeri açılıb

Azərbaycanda 100 mindən çox yeni iş yeri açılıb

Aktual

20 Fevral 2026, 16:58

2025-ci il ərzində ölkədə 102,5 min yeni iş yeri açılıb. Yeni yaradılan iş yerlərinin 91,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Məlumata görə, yeni açılmış iş yerlərinin 76,5 faizi Bakı şəhərində, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi isə digər regionlarda yaradılıb. Regionlar üzrə bölgü belədir: 6,6 faiz Abşeron–Xızı, 2,7 faiz Şəki–Zaqatala, 2,5 faiz Quba-Xaçmaz, 2,3 faiz Qarabağ, 2,1 faiz Gəncə–Daşkəsən, 1,7 faiz Şirvan–Salyan, 1,0 faiz Lənkəran–Astara, 1,0 faiz Mərkəzi Aran, 0,8 faiz Qazax–Tovuz, 0,8 faiz Şərqi Zəngəzur, 0,7 faiz Dağlıq Şirvan və 0,6 faiz Mil–Muğan iqtisadi rayonlarının payına düşüb.

Açılan iş yerlərinin 9,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,7 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər çərçivəsində yaradılıb.

Eyni zamanda, 2025-ci il ərzində ölkədə 13,0 min iş yeri bağlanıb. Bağlanan iş yerlərinin 44,5 faizi qeyri-dövlət sektoruna aid olub. İş yerlərinin 21,6 faizi müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması, 78,4 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla bağlı bağlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?