Modern.az

Ötən il ölkəyə 113 mindən çox avtomobil gətirilib

Ötən il ölkəyə 113 mindən çox avtomobil gətirilib

Aktual

20 Fevral 2026, 17:08

2025-ci il ərzində ölkəyə 113 840 ədəd minik avtomobili, 8 163 ədəd yük avtomobili və 877 ədəd avtobus idxal olunub.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Nəşrdə verilən məlumata görə, idxal olunan malların dəyərinin 46,4 faizi avtomobil nəqliyyatı, 33,2 faizi hava nəqliyyatı, 9,8 faizi dəniz nəqliyyatı, 8,9 faizi dəmir yolu nəqliyyatı, 1,5 faizi digər daşınma vasitələri ilə gətirilən məhsulların payına düşüb. Məhsulların 0,2 faizi isə boru kəmərləri və elektrik ötürücü xətləri ilə nəql edilib.

İxracın coğrafiyasına gəldikdə, məhsulların 45,3 faizi İtaliyaya, 13,5 faizi Türkiyəyə, 4,7 faizi Rusiyaya, 3,3 faizi Yunanıstana, 3,2 faizi Bolqarıstana, 3,0 faizi Çexiyaya, 2,8 faizi Gürcüstana, 2,7 faizi Xorvatiyaya, 2,5 faizi Rumıniyaya, 2,2 faizi Almaniyaya, 1,9 faizi İsveçrəyə, 1,7 faizi Portuqaliyaya, 1,4 faizi Birləşmiş Krallıqa, 1,2 faizi İrlandiyaya ixrac olunub.

Bundan əlavə, ixracın hər biri 0,9 faiz olmaqla Tunis və Ukraynaya, 0,8 faizi Niderlanda, 0,7 faizi Hindistana, 0,6 faizi Fransaya, hər biri 0,5 faiz olmaqla Suriyaya, Serbiyaya, İndoneziyaya, Birləşmiş Ərəb Əmirliklərinə və Əfqanıstana göndərilib. İxracın 4,2 faizi isə digər ölkələrin payına düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?