Modern.az

Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi - Rütbəsi artırıldı

Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi - Rütbəsi artırıldı

21 Fevral 2026, 12:07

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə yeni rəis müavini təyin edilib.

Modern.az xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Nazirin əmri ilə Tural Maniyev idarə rəisinin müavini təyin edilib, ardınca ona polkovnik hərbi rütbəsi verilib.

Qeyd edək ki, bir müddətdir qurumun adıçəkilən idarəsinin əməkdaşı kimi çalışan Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Maniyevin təyin olunduğu idarənin rəisi polkovnik Anar Eyvazovdur (Qafqazinfo.az).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada