Modern.az

Səbaildə əməliyyat: narkokuryerlər tutuldular - VİDEO

Səbaildə əməliyyat: narkokuryerlər tutuldular - VİDEO

Aktual

21 Fevral 2026, 13:18

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Modern.az xəbər verir ki, tədbir zamanı 36 yaşlı Məmməd Məmmədov və həmyaşıdı Müşfiq Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 8 kiloqram 100 qram marixuana aşkarlanıb. 

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
 

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?