"Xarici dil minimum" imtahanı çətin olduğundan dəfələrlə imtahandan kəsilirlər. Hətta elə şəxslər var ki, 8-9 dəfə eyni imtahandan kəsilib. Nəticədə elmi işlərini müdafiə edə bilmirlər.
Modern.az xəbər verir ki, bu problemlə doktorant səviyyəsində təhsil alan bir qrup şəxs üzləşib.
Onlar iddia edirlər ki, hətta imtahanda onların ixtisaslarına uyğun olmayan suallar da verilir.
Məsələ ilə bağlı Ali Attestasiya Komissiyasına sorğu ünvanladıq. Lakin, iş günün sonuna qədər sorğumuza cavab verilmədi. (Xəzər TV)