Modern.az

Xırdalanda qadın 12-ci mərtəbədən yıxılaraq öldü

Xırdalanda qadın 12-ci mərtəbədən yıxılaraq öldü

Aktual

27 Fevral 2026, 23:47

Abşeron rayonunun Xırdalan şəhərində 36 yaşlı Mehdiyeva Zeynəb Mehdi qızı yaşayış binasının 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

Modern.az xəbər verir ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var