Modern.az

1000 manat veriləcəyi xəbərini yayan şəxs HƏBS EDİLDİ 

1000 manat veriləcəyi xəbərini yayan şəxs HƏBS EDİLDİ 

Aktual

Bu gün, 00:11

Sosial şəbəklərdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1000 manat veriləcəyi ilə bağlı paylaşım edən şəxs həbsolunub.

Modern.az xəbər verir ki, 35 yaşlı H.M-ya inzibati qaydada 9 sutka həbs verilib.

İnternetdə yayılması qadağan edilən məlumat paylaşmaqda təqsirli bilinən şəxsin bazarda satıcı işlədiyi məlum olub. O, əməlindən peşman olduğunu, bir daha belə şey etməyəcəyini deyib.

Qeyd edək ki, həmin paylaşım tiktokda qısa müddətdə 13 min nəfər tərəfindən izlənib. İzləyicilərin çoxu pulu necə ala biləcəklərini soruşublar. (Qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var