Azərbaycanın İran və İsraildəki səfirlikləri gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər.
Bunu Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. İndiyə kimi İranda ölənlərin sayı 555-ə çatıb.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bir müddət əvvəl bəyanat yayaraq vətəndaşlarını İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail və İrana səfərdən çəkinməyə çağırıb.