Modern.az

Abşeronda qaz KƏSİLƏCƏK

Abşeronda qaz KƏSİLƏCƏK

Aktual

2 Mart 2026, 14:30

Sabah Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Modern.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Qeyd edilib ki, Abşeron rayonu Yoncalıq yaşayış massivi, Can təpə yaşayış massivi, Binəqədi şosesi 1, 2, 3-cü döngələr, M.Ə.Sabir küçəsi, Dədə Qorquq küçəsi, Mirəli Qaşqay küçəsi, Yusif Məmmədəliyev küçəsi ünvanlarında mühafizə zonası pozulmuş yeraltı qaz xətti əvəzlənəcək.

Qaz xəttinin əvəzlənməsi səbəbindən 03.03.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə qeyd olunan ünvanlarda 9000 istehlakçının qaz təchizatında fasilə yarancaqdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi