Hüquq elmləri üzrə fəlsəfə doktoru, Vasif Salman oğlu Quliyevin narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: komparativ-təhlil adlı kitabı işıq üzü görüb.
Modern.az xəbər verir ki, monoqrafiyada dünyanın bir sıra ölkələrində (Almaniya, ABŞ, Fransa, Türkiyə, Kanada, İspaniya və s.) narkomanlığın və narkocinayətkarlığın müasir vəziyyəti, səciyyəvi meyilləri təhlil edilmiş, beynəlxalq və milli səviyyədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, o cümlədən narkomanlığın profilaktikasının əsas istiqamətləri nəzərdən keçirilmiş və təcrübələri öyrənilib.
Bununla yanaşı, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə tarixi öyrənilmiş, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə istiqamətlənmiş BMT-nin Konvensiyalarının əsas müddəalarının mahiyyət və məzmunu açılmış, bu sahə üzrə ixtisaslaşan beynəlxalq və regional orqanların əsas fəaliyyət istiqamətləri araşdırılmışdır.