Modern.az

İsrail Tehranda SEPAH komandirini ÖLDÜRÜB

İsrail Tehranda SEPAH komandirini ÖLDÜRÜB

Dünya

4 Mart 2026, 00:33

İsrail ordusu Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlılarının Livan korpusuna rəhbərlik edən Davud Əlizadənin öldürüldüyünü açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

Qeyd olunub ki, Əlizadə İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi dəqiq zərbə nəticəsində həlak olub.

O, daha əvvəl İsrailin hücumu zamanı zərərsizləşdirilmiş keçmiş komandir Həsən Məhdavinin yerinə “Qüds” qüvvələrinin Livan korpusunda komandir səlahiyyətlərini icra edirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!