Bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımının əsl mahiyyəti Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra üzə çıxmışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı həqiqətlərinin, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görüblər. 1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində baş vermiş soyqırımı bəşər tarixinin ən ağır cinayətlərindən biri kimi yadda qaldı. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər şikəst edilmişdir. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Heydər Əliyev Fondu yarandıqdan qısa müddət sonra milli yaddaşımızın qorunması və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi. Bu təşəbbüslərdən ən əhəmiyyətlisi isə “Xocalıya ədalət!” beynəlxalq informasiya və təbliğat kampaniyası oldu. Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülən bu kampaniya qısa zamanda qlobal miqyasda geniş rezonans doğurdu və Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı.Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılış mərasimi keçirildi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində istirak etdilər. Dövlətimizin başçısı Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdi ki, Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra "Xocalıya ədalət!" genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir.Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı 200 ildən artıq məqsədyönlü şəkildə həyata keçirdiyi siyasətin ən faciəli səhifəsidir. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət idi.
Lakin uzun illər ərzində Xocalı həqiqətləri beynəlxalq informasiya məkanında lazımi səviyyədə tanıdılmamış, hadisəyə obyektiv hüquqi-siyasi qiymət verilməmişdi. Heydər Əliyev Fondu yarandığı ilk illərdən etibarən milli yaddaşın qorunması və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisini təşkil edib. Fondun təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmiş, bu mühüm təşəbbüs Leyla Əliyeva tərəfindən uğurla həyata keçirilmişdir.Son iyirmi il ərzində kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər, təqdimatlar, simpoziumlar və konfranslar təşkil olunmuş, Xocalı həqiqətlərini əks etdirən kitablar, broşürlər və bukletlər nəşr edilmişdir. Aparılan sistemli və davamlı fəaliyyət nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı faciəsini soyqırımı kimi rəsmən tanımışdır və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir. Bu fəaliyyət beynəlxalq ictimaiyyətin məlumatlandırılması, ədalətin bərqərar olunması və tarixi həqiqətlərin unudulmaması baxımından mühüm əhəmiyyət daşıyır. “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması, faciəyə hüquqi-siyasi qiymət verilməsi və günahkarların məsuliyyətə cəlb olunması məqsədini daşıyırdı. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər, mitinqlər, anım tədbirləri və informasiya aksiyaları təşkil olundu.Bu təşəbbüsün əsas istiqamətləri bunlar idi: Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, Beynəlxalq təşkilatların və parlamentlərin faciəni tanımasına nail olunması, Gənclərin və diaspor təşkilatlarının bu prosesə cəlb edilməsi, Müxtəlif dillərdə kitab, broşür və sənədli materialların nəşriKampaniya xüsusilə sosial media və müasir kommunikasiya vasitələrindən fəal istifadə etməklə geniş auditoriyaya çıxış əldə etdi.“Xocalıya ədalət!” kampaniyasının nəticəsi olaraq bir sıra ölkələrin parlamentləri və ABŞ-ın bir çox ştatları Xocalı faciəsini soyqırımı və ya kütləvi qırğın kimi tanıyan qətnamələr qəbul etdilər. Bu, informasiya mübarizəsində mühüm nailiyyət hesab olunur.Kampaniya həmçinin bir çox beynəlxalq insan hüquqları təşkilatlarının diqqətini cəlb etdi və Xocalı hadisələrinin araşdırılması məsələsini gündəmə gətirdi. Bu proses Azərbaycanın haqlı mövqeyinin güclənməsinə və tarixi ədalətin bərpasına xidmət etdi.Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu kampaniya yalnız beynəlxalq təbliğat xarakteri daşımırdı. O, eyni zamanda milli yaddaşın qorunması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərin tarixi həqiqətlər barədə məlumatlandırılması baxımından böyük əhəmiyyət kəsb edirdi.Bu gün “Xocalıya ədalət!” kampaniyası Azərbaycanın informasiya siyasətində mühüm yer tutur və hər il fevral ayında dünyanın müxtəlif ölkələrində anım tədbirləri təşkil olunur. Kampaniya Xocalı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin təmin olunması istiqamətində ardıcıl mübarizənin simvoluna çevrilmişdir.Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi qələbə qazandıq, torpaqlarımız işğaldan azad edildi və antiterror əməliyyatları zamanı suverenliyimiz tam bərpa olundu. Xocalı faciəsini törədən cinayətkarların bir qismi döyüş meydanında, digərləri isə Azərbaycan məhkəmələri qarşısında layiqli cəzalarını almışdır. Bu gün Xocalı faciəsinin qurbanlarının ruhları şaddır. Artıq “Böyük Qayıdış” proqramına uyğun olaraq Xocalıya köç başlayır, şəhər yenidən dirçəlir və həyat öz qaynağına dönür.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri.