Modern.az

Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır - Prezident

Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır - Prezident

İqtisadiyyat

3 Mart 2026, 14:42

Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik.

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı söyləyib.

“Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar