“Flydubai” aviaşirkəti Dubaydan Astana və Almatıya iki təxliyə reysi həyata keçirərək 306 sərnişini Qazaxıstana çatdırıb.
Modern.az Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, vətəndaşların geri qaytarılması üzrə işlər bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə aparılır.
Yaxın vaxtlarda Mədinə və Ciddədən əlavə təxliyə reyslərinin təşkili planlaşdırılır.