Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini bərpa edib.
Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.
Daha əvvəl bildirilmişdi ki, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməsini müvəqqəti olaraq dayandırıb.