Modern.az

İrana işləyən casus şəbəkəsi ifşa edildi

İrana işləyən casus şəbəkəsi ifşa edildi

Dünya

4 Mart 2026, 10:20

Qətər ölkə ərazisində SEPAH ilə əlaqəli olduğu bildirilən iki gizli özəyin zərərsizləşdirildiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Qatar News Agency" (QNA) məlumat yayıb.

Rəsmi açıqlamaya əsasən, Qətər Dövlət Təhlükəsizlik Qüvvələri tərəfindən aparılan genişmiqyaslı müşahidə və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 10 nəfər şübhəli şəxs saxlanılıb.

Məlum olub ki, saxlanılanlardan 7 nəfərə ölkədə yerləşən həyati əhəmiyyətli hərbi obyektlər barədə məlumat toplamaq tapşırılıb. 3 nəfərin isə təxribat xarakterli əməliyyatlarda iştirakı müəyyən edilib. Əlavə olaraq qeyd edilib ki, saxlanılan şəxslərin pilotsuz uçuş aparatlarından (PUA) istifadə üzrə xüsusi təlim keçdiyi aşkarlanıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!