Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranın ali lideri Ayətullah Əli Xameneinin öldürüılməsinə münasibət bildirib.
Modern.az TASS-a istinadən xəbər verir ki, Zaxarova Xameninin və İranın yüksək vəzifəli digər rəsmilərinin qətlini "qorxaqlıq" adlandırıb.
Diplomat brifinqdə bildirib ki, Rusiya Federasiyası ABŞ-İsrail tandeminin İrana qarşı hücumunu, İran dövlət başçısının və ölkənin yüksək hərbi və siyasi rəhbərliyinin üzvlərinin alçaqcasına sui-qəsdini ən sərt şəkildə pisləyir.
Zaxarova əlavə edib ki, Moskvanın prinsipial mövqeyi Xarici İşlər Nazirliyinin müvafiq bəyanatlarında, BMT Təhlükəsizlik Şurasının iclaslarındakı çıxışlarda və MAQATE İdarə Heyətinin xüsusi iclaslarında öz əksini tapıb.
“Bu, ən yüksək səviyyələr də daxil olmaqla, bütün səviyyələrdə xarici tərəfdaşlarla müntəzəm təmaslarda ardıcıl olaraq çatdırılır".
Xatırladaq ki, Əli Xamenei və İranın hərbi rəhbərliyinə daxil olan əksər komandirlər fevralın 28-də ABŞ-İsrail hava hücumu nəticəsindən öldürülüblər.